15 C
Baku
Tuesday, October 21, 2025

Belçika Fələstini dövlət kimi tanıyıb

Belçika rəsmi şəkildə Fələstinin dövlətçiliyini tanıyan ölkələr sırasına qoşulub. Bu barədə BMT Baş Assambleyasında krallığın Baş naziri Bart De Vever bəyan edib.

“Belçika həmişə iki dövlət prinsipini müdafiə edib və bu gün Nyu-York Bəyannaməsinin imzalayanlarına qoşulub. Yalnız belə bir qərar israillilərin və fələstinlilərin yanaşı, sülh və təhlükəsizlik içində yaşamasına imkan verəcək”, — deyə o bildirib.

Cənab De Veverin sözlərinə görə, İsrail siyasətçilərinin, o cümlədən Baş nazir Binyamin Netanyahunun Fələstin dövlətinin mövcud olmayacağına dair son bəyanatları fələstinlilərə dəstək üçün əlavə səbəb olub.

Qeyd edək ki, bu günə qədər Fələstini 150-dən çox ölkə tanıyıb.

Son xəbərlər
Digər xəbərlər