Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82% səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb.
Bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, əməliyyatın ənənəvi bağlanış şərtlərindən və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq, 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir. Saziş SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir.
Mənbə Report


 
                                    




