16 C
Baku
Tuesday, October 21, 2025

“Bank of Baku”nun 20 milyon manatlıq istiqrazları üçün böyük investor sifarişi qeydə alınıb

“Bank of Baku” ASC-nin 20 milyon manatlıq istiqrazları üzrə 8 sentyabr 2025-ci il tarixində başlayan abunə yazılışı və 19 sentyabr 2025-ci il tarixində başa çatıb.

Banker.az BFB-yə istinadən xəbər verir ki, İSİN kodu AZ2010005364 olan istiqrazlar 23 sentyabr 2025-ci il tarixində yerləşdirilib.

İstiqrazlar üçün 601 investor müştəri çıxıb və ümumi 682 sifariş sayı olub.

Qeyd edək ki, bu istiqrazlar məsafədən, yəni ABB-nin tətbiqi ilə də “book” etmək mümkün idi.

İstiqrazlarla bağlı əsas məlumatlar aşağıdakılardır:

Emitent: Bank of Baku ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010005364
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 200,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 20,000,000 manat
İllik gəlirlilik faizi: 13%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir
Tədavül müddəti: 18 ay
Minimal qiymət: 100.00 manat (13.0%)
Maksimal qiymət: 100.00 manat (13.0%)
Kəsmə qiymət: 100.00 manat (13.0%)
Ortaçəkili qiymət: 100.00 manat (13.0%)
Reallaşdırılmış həcm: 20,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 20,000,000 manat
İnvestor sayı: 601
Sifariş sayı: 682
Anderrayter: ABB-Invest Investisiya Şirkəti QSC

Son xəbərlər
Digər xəbərlər