2025-ci ilin ilk yeddi ayında Azərbaycanın sadə şüşə ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həm həcmdə, həm də dəyərdə azalsa da, qiymətlər öncəki illə müqayisədə yuxarıdır.
Banker.az xəbər verir ki, ixrac həcmi 3.8 milyon kvadrat metrdən 3.4 milyon kvadrat metrə düşərək 10 faiz azalıb, dəyəri isə 10.6 milyon dollardan 10.3 milyon dollara enib ki, bu da 3 faiz azalma deməkdir. Beləliklə, orta ixrac qiyməti 2024-cü ildə hər kvadrat metr üçün 2.78 dollar olduğu halda, 2025-ci ildə 2.99 dollara 7.5 faiz yüksəlib.
Ölkələr üzrə müqayisədə, Türkiyə əsas alıcı olaraq qalmaqla, həcmi 2.7 milyon kvadrat metrdən 2.6 milyon kvadrat metrə 2 faiz azalıb. Lakin ixrac dəyəri 6.9 milyon dollardan 7.5 milyon dollara yüksəlib, nəticədə orta qiymət hər kvadrat metr üçün 2.57 dollardan 2.83 dollara artıb.
Ukraynaya ixrac kəskin azalaraq 212 min kvadrat metrə 75 faiz geriləyib. Dəyər də 2.7 milyon dollardan 623 min dollara enib ki, bu da 77 faiz azalma deməkdir. Orta qiymət isə əvvəlki ildə 3.22 dollar olduğu halda, 2025-ci ildə 2.93 dollara düşüb.
Gürcüstana göndərilən şüşə 150 min kvadrat metrə 38 azalıb. İxrac dəyəri 803 min dollardan 531 min dollara enib, bu da 34 azalma deməkdir. Orta qiymət isə dəyişməyərək 3.32 dollar səviyyəsində qalıb.
Bolqarıstana 2025-ci ildə 429 min kvadrat metr həcmində 1.6 milyon dollarlıq məhsul göndərilib, orta qiymət 3.79 dollar təşkil edib. Öncəki ildə ixrac olmamışdı.
Kameruna 2025-ci ildə cəmi 1.6 min kvadrat metr həcmində 11.4 min dollarlıq ixrac həyata keçirilib, orta qiymət 7.18 dollara bərabər olub.