14 C
Baku
Wednesday, October 22, 2025

Assosiasiya: Azərbaycanda qızıl-zinyət əşyaları bahalaşır

Son günlər Azərbaycanda zinət əşyalarının qiymətlərində artım müşahidə olunur.

Bunu “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, bütün əyar kateqoriyalarında satış qiymətləri əvvəlki dövrlə müqayisədə yüksəlib: “Belə ki, 585 əyarlı qızıl məmulatlarının satış qiyməti hazırda 140–160 manat arasında dəyişir. 750 əyarlı qızıl məmulatlarının qiyməti isə 180–210 manatdır. Ən yüksək keyfiyyət göstəricisinə malik 999,9 əyarlı qızıl məmulatlarının satış qiyməti isə 220–240 manata çatıb. Bu da əvvəlki dövr göstəricilərindən yüksəkdir”.

R.Əmircanov vurğulayıb ki, bazarda qızılın bütün əyar növləri üzrə qiymətlərdə artım qeydə alınıb: “Bu meyl beynəlxalq birjalarda müşahidə olunan yüksəlişlə izah olunur”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər