19 C
Baku
Thursday, September 25, 2025

“BYD” Aİ-də satışları üç dəfə artıraraq “Tesla”nı geridə qoyub

Çin avtomobil istehsalçısı “BYD” avqust ayında Avropa İttifaqı (Aİ) bazarında 2024-cü ilin avqustu ilə müqayisədə üç dəfə çox elektromobil satıb. Beləliklə, şirkət satışlarda “Tesla”nı geridə qoyub. Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aylıq hesabatında qeyd olunub.

ACEA-ya görə, avqustda “BYD” Aİ-də 9130 elektromobil satıb ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 201.3% çoxdur. Eyni zamanda “Tesla”nın satışları 36,6% azalıb və ötən ay 8220 elektromobil təşkil edib. “Tesla”nın Aİ bazarındakı payı 2%-dən 1.2%-ə enib, “BYD”nin payı isə 0.5%-dən 1.3%-ə yüksəlib.

Ümumilikdə, Aİ-də avtomobil satışları illik müqayisədə 5.3% artıb. Ötən ay bu bazarda təxminən 678 min avtomobil satılıb. Ən böyük pay hibrid avtomobillərə düşür — 34.7%, ikinci yerdə isə benzin mühərrikli avtomobillərdir — 28.1%. İstehsalçılar arasında Aİ-də satış lideri “Volkswagen” olub — 28.1%. “Stellantis” isə bir ildən çox davam edən fasilədən sonra yenidən artıma qayıdıb: avqustda konsern təxminən 96 min avtomobil satıb ki, bu da illik müqayisədə 3.4% çoxdur.

Son xəbərlər
Digər xəbərlər