ABŞ prezidenti Donald Tramp bəyan edib ki, 1 oktyabrdan etibarən ABŞ-də öz zavodunu tikməyən şirkətlərin idxal etdiyi əczaçılıq məhsullarına 100 faiz gömrük rüsumu tətbiq olunacaq. Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Bundan əvvəl ABŞ prezidenti 1 oktyabrdan yük avtomobillərinin idxalına 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı. Həmin tarixdən həmçinin mətbəx və vanna otağı dəstlərinin idxalına 50 faiz, yumşaq mebellərin idxalına isə 30 faiz tariflər qüvvəyə minəcək.