16 C
Baku
Saturday, September 27, 2025

Tramp “TikTok”la bağlı razılaşma haqqında fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp “TikTok”la bağlı razılaşma haqqında fərman imzalayıb. Şirkət 14 milyard dollar dəyərində qiymətləndirilib.

“Ən vacibi odur ki, bu, amerikalıların məlumatlarının təhlükəsizliyini qoruyur və TikTok-un əlçatan qalacağını təmin edir… bu razılaşma amerikalı təşkilat və amerikalı investorların alqoritmə faktiki olaraq nəzarət etməsini təmin edəcək”, — deyə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

Razılaşmaya əsasən, “TikTok” ABŞ-də fəaliyyətini davam etdirə biləcək, lakin bunun üçün Amerika aktivlərinə nəzarətin yerli investorlara verilməsi şərt olacaq. “ByteDance”nin payı 20 faizdən az olacaq.

Yeni investor konsorsiumuna “Oracle”, “Silver Lake” və “Andreessen Horowitz” daxil olacaq. Onlar ABŞ-də “TikTok”a nəzarət edəcək yeni şirkətin təxminən 80% səhm sahibi olacaqlar.

Son xəbərlər
Digər xəbərlər