16 C
Baku
Friday, September 26, 2025

Dünyanın ən böyük maliyyə mərkəzləri — Top 10-luq

Nyu-York dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində 766 xalla birinci olmağa davam edir, bu barədə maliyyə konsaltinq şirkəti “Z/Yen Group Ltd.”in icmalında deyilir. Qeyd edək ki, şəhər son altı ayda üç xal itirib. İlk üçlüyü London (765) və Honq-Konq (764) tamamlayır.

Mart ayında açıqlanan əvvəlki reytinqlə müqayisədə ilk 10-luqda heç bir dəyişiklik olmayıb. İlk beşlikdə həmçinin Sinqapur və San-Fransisko yer alıb, sonrakı pillərdə isə Çikaqo, Los-Anceles, Şanxay, Şençjen və Seul qərarlaşıb.

Dubay 11-ci sıraya yüksələrək Frankfurtu qabaqlayıb.

Reytinqin üst hissəsində müsbət dinamika Tokioda müşahidə olunub: Tokio yeddi pillə yüksələrək 15-ci yeri tutub, Sürix (+5 pillə, 16-cı yer) və Əbu-Dabi (+10 pillə, 28-ci yer) da artım göstərib. Eyni zamanda, Dublin altı pillə geriləyərək 20-ci yerə, Amsterdam isə səkkiz pillə geriləyərək 26-cı yerə düşüb.

Bütün siyahıda ən aktiv yüksəlişi isə İstanbul göstərib (bir anda +19 pillə), həmçinin Taypey (+15 pillə). Bununla yanaşı, Münhen 21 pillə, Vyana isə 17 pillə geriləyib.

Sankt-Peterburq Rusiyanın şəhərləri arasında ən yüksək mövqeyi tutaraq 11 pillə yüksələrək 106-cı yerə çıxıb. Moskva yeddi pillə artıraraq 108-ci yerə çatıb.

Şərqi Avropa və Mərkəzi Asiya maliyyə mərkəzləri arasında lider Astana (68-ci yer) olub.

Dünya maliyyə mərkəzləri indeksi ilk dəfə 2007-ci ildə dərc olunub və hər altı ayda yenilənir (indiki buraxılış 38-cidir). Son reytinq təxminən 5 min respondent arasında aparılan sorğuya əsaslanır.

Son xəbərlər
Digər xəbərlər