16 C
Baku
Saturday, September 27, 2025

SEC kriptovalyuta ehtiyatları olan şirkətlərin səhm əməliyyatları ilə bağlı araşdırmaya başlayıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) və maliyyə tənzimləyicisi FINRA publik şirkətlərin səhmləri ilə bağlı əməliyyatlar üzrə araşdırmaya start verib. Söhbət bu şirkətlərin kriptovalyutanı korporativ ehtiyata əlavə etmək planlarını elan etməzdən bir qədər əvvəl baş vermiş sövdələşmələrdən gedir. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Söhbət kriptoaktivlərə investisiya strategiyasını izləyən 200-dən çox şirkətdən gedir. Bazar iştirakçıları qeyd edirlər ki, nəzarətin sərtləşdirilməsi əməliyyatların təsdiqlənmə müddətini uzadır, halbuki sürət indi kritikdir.

WSJ-nin məlumatına görə, SEC bəzi şirkətləri bütün bazar iştirakçıları üçün bərabər şəkildə açıqlanmalı olan mühüm qeyri-ictimai informasiyanı gizlətmə qaydalarının mümkün pozuntuları barədə xəbərdar edib.

Son aylarda SEC-in kriptobiznes və rəqəmsal aktivlərə münasibətdə ritorikasını yumşaldıb. O, dünən Corctaun Universitetində çıxışı zamanı qurumla kriptoindustriya arasında mümkün maraq toqquşmaları ilə bağlı suala cavab olaraq vurğulayıb ki, komissiya “zəruri hallarda araşdırma aparacaq və qanunları tətbiq edəcək”.

“Atmaq istədiyim fikir budur ki, əgər maraq toqquşmaları yaranarsa, biz onları aradan qaldırmağa çalışacağıq, amma standartlar müəyyən edəcəyik. Qanunlar var və biz onları icra edəcəyik, lazım olan yerdə araşdırmalar aparacağıq”, – deyə SEC-in sədri Pol Atkinsin sözlərini “The Block” sitat gətirir.

Son xəbərlər
Digər xəbərlər