16 C
Baku
Saturday, September 27, 2025

KİV: Tramp Ukraynanın Rusiyaya ABŞ silahları ilə zərbə endirməsinə icazə verməyə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə ABŞ silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə qoyulan qadağanı ləğv etməyə hazır olduğunu bildirib.

“Wall Street Journal”ın (WSJ) yüksək vəzifəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, bunu Tramp Zelenskiyə çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə deyib.

Qəzet onu da qeyd edir ki, Zelenski Trampdan Ukraynanı daha çox uzaqmənzilli raketlərlə təmin etməyi və bu silahlardan Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verməsini istəyib.

Tramp isə cavabında bildirib ki, o, bu fikrə qarşı deyil. Lakin qəzetin mənbəsinin sözlərinə görə, Ağ Ev rəhbəri sadəcə açıqlamalarla kifayətlənib və bu cür zərbələrə qoyulan qadağanın ləğvi ilə bağlı heç bir öhdəlik götürməyib.

Qəzet onu da bildirib ki, Ukrayna nümayəndə heyəti yaxın vaxtlarda Pentaqon rəhbəri Pit Heqsetlə danışıqlar aparmaq üçün ABŞ-yə gedəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər