18 C
Baku
Tuesday, September 30, 2025

ADSEA: Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi var

İlkin hesablamalara görə, Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçiləri mövcuddur.

Bunu jurnlalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov bildirib.

Onun sözlərinə görə, buna səbəb bir sıra ərazilərdəki plansız və qanunsuz tikililərin olmasıdır: “Yəni, tikili var, orada yaşayış var, sudan istifadə edən qanunsuz yolla şəbəkəyə qoşulub. Lakin onların heç biri faktiki olaraq abonent deyil. Yəni, onlara su-kanalizasiya xidmətləri göstərilməyib, sayğaclar quraşdırılmayıb. Bu, özü-özlüyündə böyük su itkisinə gətirib çıxardır, həm itkilərin həcminə böyük təsir göstərir, eyni zamanda xidməti mümkünsüz edir. Bununla bağlı sistemli tədbirlər həyata keçirilir və artıq bir neçə ildir ki, Bakı şəhərində inşa edilmiş qeyri-yaşayış sahələrinin sənədləşməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşmiş qaydada iş aparılır”.

İ. Bayramov əlavə edib ki, bu günə artıq 16 mindən çox qeyri-yaşayış obyekti bu çərçivədə tam bəlli prosedurlarla, elektron sistemlər vasitəsilə çox şəffaf şəkildə sənədləşdirilib və müvafiq sənədlərlə, xidmətlərlə təmin olunub.

“Düşünürəm ki, yaşayış evləri ilə bağlı bu istiqamətdə müəyyən işlər hələ həyata keçiriləcəkdir və bu məsələ daimi gündəmdədir”, – deyə sədr müavini əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər