“Naxçıvan Yol Təchizat” MMC “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə 23 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Naxçıvan Şəhəri, Culfa rayonu, Şərur rayonu və Babək rayonu ərazisində yerləşən bəzi qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 22 850 195 manat təşkil edir.