20:57 – ABŞ Qətərə qarşı istənilən hücumu öz təhlükəsizliyinə təhdid hesab edəcək və onu müdafiə etmək üçün hərbi güc də daxil olmaqla, bütün lazımi tədbirləri görəcək.
Bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamın mətnində deyilir.
Sərəncamda bildirilir ki, Qətər ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid hesab olunacaq.
“Belə bir hücum olarsa, ABŞ özünün və Qətərin maraqlarını qorumaq, sülh və sabitliyi bərpa etmək üçün diplomatik, iqtisadi və lazım gələrsə, hərbi tədbirlər də daxil olmaqla, bütün qanuni və müvafiq tədbirləri görəcək”, – sərəncamda deyilir.
18:21 – ABŞ Prezidenti Donald Tramp Qətərə təhlükəsizlik zəmanəti verən order imzalayıb.
Sənədə əsasən ABŞ Qətərə qarşı istənilən silahlı hücumu Vaşinqtona təhdidi olaraq qiymətləndirəcək və Qətəri təhlükəsizlik zəmanəti ilə təmin edəcək.
Qətərə qarşı edilən hücum Amerikanın təhlükəsizliyinə təhdid hesab olunacaq.
“Qətər dövlətinə qarşı xarici aqressiyadan qaynaqlanan təhdidlər fonunda, Qətər dövlətinin təhlükəsizliyini və ərazi bütövlüyünü zəmanət altına almaq və onu xarici hücumlara qarşı qorumaq ABŞ-ın siyasətidir. Qətərə hücum halında ABŞ diplomatik, iqtisadi və lazım olarsa, hərbi xarakterdə olmaqla bütün qanuni tədbirləri həyata keçirəcək və Amerikanın maraqlarını qoruyacaq”, – Trampın imzaladığı orderdə qeyd olunub.