17 C
Baku
Thursday, October 2, 2025

“OpenAI” $500 milyard dəyərləndirmə ilə dünyanın ən bahalı özəl şirkəti oldu

Amerikanın “OpenAI” şirkəti investorlarla həyata keçirilən ikinci dərəcəli səhmlərin satışı üzrə razılaşmadan sonra 500 milyard dollar dəyərində qiymətləndirilərək dünyanın ən bahalı özəl şirkəti olub, bu barədə CNBC yazıb.

Şirkətin səhmlərinə iki ildən artıq müddətdə sahib olan əməkdaşlara onları satmaq imkanı verilib. Ümumilikdə 6.6 milyard dollarlıq səhmlər satılıb, halbuki icazə maksimum 10.3 milyard dollarlıq satışı nəzərdə tutmuşdu.

Səhmlərin alıcısı “Thrive Capital”, “SoftBank”, “Dragoneer Investment Group”, “MGX” və “T. Rowe Price”ın daxil olduğu investorlar konsorsiumu olub.

Cari ilin aprelində başa çatan investisiya raundunda “OpenAI” 300 milyard dollar olaraq qiymətləndirilmişdi.

Hazırkı dəyərləndirmə “OpenAI”ni dünyanın ən bahalı özəl şirkətinə çevirib. Bundan əvvəl bu status 456 milyard dollar dəyərində qiymətləndirilən “SpaceX”ə məxsus olub.

Son xəbərlər
Digər xəbərlər