18 C
Baku
Friday, October 3, 2025

AFB Bank təhsil işçiləri üçün “Nağd pul krediti” üzrə yeni kampaniya təqdim edir!

®Gənc nəslin formalaşmasında mühüm rol oynayan təhsil işçiləri üçün AFB Bank xüsusi dəstək kampaniyası elan edir. Bu kampaniya müəllimlərin və digər təhsil sahəsində çalışan mütəxəssislərin gündəlik ehtiyaclarını daha rahat şəkildə qarşılamaq üçün nəzərdə tutulur.

Kampaniya çərçivəsində təhsil işçilərinə 3%-dək endirimlə illik 10.5%-dən başlayan faiz dərəcəsi ilə kredit təklif olunur. Bununla yanaşı, müştərilərə əsas borc üzrə 2 aylıq güzəşt müddəti verilir. Beləliklə, təhsil işçiləri maliyyə öhdəliklərini daha rahat planlaya bilirlər.

Əlavə üstünlüklərdən biri isə kreditin tam başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsidir. Bu, təhsil işçilərinə dərs və iş qrafikini pozmadan, banka gəlmədən kredit əldə etməyə imkan verir. Üstəlik, onlayn sifariş zamanı kredit tamamilə komissiyasız təqdim olunur. Beləliklə, təhsil işçiləri həm sərfəli maliyyə dəstəyi qazanır, həm də vaxta qənaət edirlər.

Kampaniya 31.10.2025 tarixinədək davam edəcək. Müddət bitmədən bu fürsətdən yararlanmaq üçün indi müraciət edin.

https://go.afb.az/pr-tehsil

AFB Bank təhsil işçilərinin cəmiyyət üçün önəmli töhfəsini nəzərə alaraq, bu kampaniya ilə onların fədakar əməyinə minnətdarlığını ifadə edir.

Son xəbərlər
Digər xəbərlər