19 C
Baku
Monday, October 6, 2025

“Astara Aqrotexservis”in rəhbəri işdən azad edilir, yeni direktor təyin ediləcək

“Astara Aqrotexservis Açıq Tipli Səhmdar Cəmiyyəti”nin 09.10.2025-ci il tarixində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın keçirilmə məqsədi Səhmdar cəmiyyətə yeni rəhbərin təyin olunması və köhnə rəhbərin işdən azad olunması ilə bağlıdır.

Yığıncağın keçirilmə yeri və tarixi Astara rayonu, Astara şəhəri, Səməd Vurğun ev.44 saat 15:30-dur.

Xatırladaq ki, “Astara Aqrotexservis Açıq Tipli Səhmdar Cəmiyyəti” 2006-cı ildə dövlət qerydiyyatına alınıb, qanuni təmsilçisi Şahverən Eynullayevdir və nizamnamə kapitalı 91770 manatdır.

Son xəbərlər
Digər xəbərlər