19 C
Baku
Tuesday, October 7, 2025

“İnvestAZ”ın BFB-dəki əməliyyatları ilk üç rübdə 2.1 milyard manata yüksəlib

“İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında həyata keçirdiyi əməliyyatların ümumi həcmi 2,1 milyard manat təşkil edib.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 39% artım deməkdir.

Əsas artım dövlət istiqrazları və repo əməliyyatları üzrə qeydə alınıb. Dövlət istiqrazları ilə əməliyyatların həcmi 164,2 milyon manatdan 336,9 milyon manata yüksələrək 2 dəfədən çox artıb. Repo bazarında da əhəmiyyətli böyümə müşahidə olunub — 2024-cü ilin ilk doqquz ayında 1,28 milyard manat olan əməliyyat həcmi 2025-ci ildə 1,56 milyard manata çatıb.

Korporativ istiqrazlarla əməliyyatlar da dinamik artım göstərib — 55,3 milyon manatdan 192,5 milyon manata yüksələrək təxminən 3,5 dəfə artıb. Bununla yanaşı, səhm bazarında əməliyyat həcmi bir qədər azalıb (2,08 milyon manatdan 1,85 milyon manata), Mərkəzi Bankın qiymətli kağızları ilə əməliyyatlar isə 4,93 milyon manatdan 2,86 milyon manata enib.

Qeyd edək ki, son iki ildə dövlət istiqrazlarının eminetentləri həcmləri endiriblər.

Son xəbərlər
Digər xəbərlər