19 C
Baku
Tuesday, October 7, 2025

Nə oldu avro? Niyə dayandın?

Avro artıq ilk qeyri-sabitlik əlamətlərini göstərir  və investorlar Fransadakı siyasi qeyri-müəyyənlik səbəbindən artım perspektivlərini məhdudlaşdırırlar.

Bankr.az xəbər verir ki, 19 ölkənin vahid valyutası 1.17 dollardan aşağı səviyyədə ticarət olunur və ardıcıl yeni ucuzlaşmaya hazırlaşır. Bazar ertəsi günü Fransa baş naziri Sebasten Lekornunun qəfil istefasından sonra avro bir həftədən çox müddətdə ən aşağı səviyyəsinə düşüb və bu hadisə ölkədə siyasi böhranı dərinləşdirib. Treyderlərin tez-tez izlədiyi opsion yönümləri göstəricisi artıq yüksəlişdən eniş istiqamətinə keçib ki, bu da bazarda itkilərin davam edəcəyinə dair siqnal sayılır.

Kapital axınları üzrə göstəricilər də bu tendensiyanı təsdiqləyir. ABŞ-da maliyyə əməliyyatlarının qeydiyyatı və hesablaşmasını həyata keçirən böyük klirinq təşkilatı “Depository Trust & Clearing Corporation”un (DTCC) məlumatına əsasən, son bir ayda ən güclü “ayı” (bearish) meyli müşahidə olunur.a

Bu vəziyyət Fransadakı əvvəlki siyasi risk dalğasından fərqlənir. Belə ki, 8 sentyabrda Fransua Bayrunun etimadsızlıq səsverməsində məğlubiyyətindən sonra avro sabit qalmışdı: həmin gün valyuta təxminən 0,4% bahalaşmış, opsion mövqeləri isə artım yönümlü olmuşdu — DTCC məlumatına görə, artım ehtimalları 60-a 40 nisbətində üstünlük təşkil edirdi.

Bu dəyişimin səbəblərindən biri, ABŞ-da hökumət fəaliyyətinin dayandırılması dövründə əhəmiyyətli hadisələrin azalmasıdır ki, bu da diqqətin Avropa xəbərlərinə yönəlməsinə səbəb olub. Eyni zamanda, müsbət proqnozların payı dörd həftə ardıcıl azalaraq 60%-dən 55%-dən aşağı düşüb — bu da bazarda artım impulsunun tədricən itirildiyini göstərir.

213

Uzunmüddətli opsionlara dair əhval-ruhiyyə hələ də müsbət olaraq qalır, lakin avqustun əvvəlindən bəri minimum səviyyəli gəlirə malikdir. Bununla belə, avro uzunmüddətli müqavimət zonasına yaxın dayanıb və qısamüddətli siqnallar artıq ucuzlaşma istiqamətinə işarə edir.

“Zəif göstəricilərə baxmayaraq avronun sabit qalması bazarın hələ də ABŞ iqtisadi artımının zəifləməsinin Avropada canlanmaya gətirib çıxaracağına inanmasını göstərir” deyən, Bloomberg strategləri realda, ABŞ iqtisadiyyatı yavaşıdıqda, adətən bütün dünya da zərbə aldıqlarını bildirir.

Onlar düşünür buna görə də avro, “öz zəif artım perspektivlərini nəzərə alaraq, itirdiyini bərpa etməyə məcbur qalacaq.”

Son xəbərlər
Digər xəbərlər