22 C
Baku
Wednesday, October 8, 2025

“Tesla” Model 3 və Model Y avtomobillərinin “əlçatan” versiyalarını təqdim edib — Qiymətlər $37 mindən başlayır

“Tesla” Model 3 və Model Y avtomobillərinin daha əlçatan versiyalarını təqdim edib. Hər iki model (Model 3 Standart və Model Y Standart) tam dolu batareya ilə 520 km-ə qədər məsafə qət edə bilir. Salon “Grok” dəstəkli 15,4 düymlük sensor ekran, həmçinin ön oturacaqların və sükanın isidilməsi funksiyaları ilə təchiz edilib.

5418134629141051320

Avtomobillərin bu versiyalarında panoram dam yoxdur, oturacaqlar parça və ekodəridən hazırlanıb. Burada 15 əvəzinə 7 dinamik var, avtopilot funksiyası isə mövcud deyil, yalnız adaptiv kruiz-kontrol sistemi var, “TechCrunch” yazır.

Model 3 Standart üçün qiymətlər 37 min dollardan, Model Y Standart üçün isə 40 min dollardan başlayır.

“Reuters” yazır ki, “Tesla” bazar payının azalması fonunda satışları artırmağa çalışır. Büdcəli model şirkətə Çin və Avropa istehsalçıları ilə rəqabət aparmağa kömək edə bilər. Lakin yeni model əvəzinə “Tesla” mövcud avtomobillərin “əlçatan” versiyalarını təqdim etməyi seçib.

5418134629141051327

5418134629141051326

Agentliyin qeyd etdiyinə görə, investorlar və analitiklər bu strategiyanın mövcud modellərin satışını azalda və artımı ləngidə biləcəyindən narahatdırlar. Təqdimatdan sonra şirkətin səhmləri 4,45% ucuzlaşaraq 433 dollara düşüb.

2025-ci ilin sentyabr ayının əvvəlində “Tesla”nın idarə heyəti şirkətin baş direktoru İlon Mask üçün 1 trilyon dollarlıq bonus təklif edib, hansı ki şirkət müəyyən məqsədlərə çatdığı halda ödəniləcək.

Məqsədlər arasında “Tesla”nın bazar kapitallaşmasının ilkin mərhələdə 2 trilyon dollara, gələcəkdə isə 8,5 trilyon dollara çatması, 20 milyon avtomobilin satışı, 1 milyon robotun tədarükü, 1 milyon robotaksi-nin kommersiya istifadəsinə verilməsi və digərləri yer alır.

Son xəbərlər
Digər xəbərlər