24 C
Baku
Sunday, October 12, 2025

Üç milyon avroluq yeni avtomobil təqdim olundu

Almaniya şirkəti “Capricorn”, ilk növbədə, yüksəksəviyyəli yarış avtomobilləri üçün ehtiyat hissələrinin istehsalı ilə tanınır. Lakin indi şirkət “Capricorn 01 Zagato” adlı ilk avtomobillini hazırlamaq qərarına gəlib.

Bu barədə auto.ru məlumat yayıb.

Məlumata görə, bu modeldən cəmi 19 ədəd hazırlanacaq. Hər birinin qiyməti 3 milyon avrodan başlayacaq.

Avtomobil karbon lifli korpusa malikdir. O, “Brembo” əyləcləri və 21 düymlük təkər diskləri, həmçinin 900 at gücü hasil edən 5,2 litrlik kompressorlu “Ford V8” mühərriki ilə təchiz edilib.

Superkarın çəkisi 1227 kiloqramdır və təxmini maksimal sürəti 350 km/saatdır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər