Ağdamın iki kəndinin layihələndirilməsinə 2.1 milyon manat xərclənəcək

Ağdam rayonunun Maqsudlu və Şahbulaq kəndlərinin layihələndirilməsi işləri üzrə keçirilən satınalma müsabiqələri yekunlaşıb.

Banker.az xəbər verir ki, “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PŞ tərəfindən təşkil edilən hər iki tenderin qalibi “EL & EN” firması seçilib.

Müqavilələrə əsasən, Şahbulaq kəndinin layihələndirilməsi üçün 980 min 226 manat, Maqsudlu kəndinin layihələndirilməsi üçün isə 1 milyon 116 min manat vəsait ayrılıb. B

ölgədə bərpa və yenidenqurma işlərinin ilkin mərhələsini əhatə edən hər iki layihənin ümumi dəyəri 2 milyon 96 min manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər