24 C
Baku
Monday, October 13, 2025

Tramp noyabrın 1-dən Çin mallarına 100%-lik rüsum tətbiq etmək niyyətini təsdiqləyib

ABŞ prezidenti Donald Tramp təsdiqləyib ki, o, 1 noyabrdan etibarən Çinlə ticarətə 100%-lik gömrük rüsumları tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, həmin tarixə qədər “hələ çox vaxt var”.

“Bəli, hazırda vəziyyət belədir”, — deyə ABŞ prezidenti Yaxın Şərqə səfəri zamanı təyyarədə jurnalistlərə bildirib.

Oktyabrın 10-da Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Pekinin “xüsusi aqressiv mövqeyi”nə cavab olaraq Çin məhsullarına 100%-lik tariflər tətbiq edəcək və proqram təminatı üzrə ixrac nəzarəti tədbirləri görəcək. Bu tədbirlər nəticəsində ABŞ-nin Çin Xalq Respublikasından idxal olunan mallara ümumi tarif dərəcəsi 130%-ə çata bilər.

Son xəbərlər
Digər xəbərlər