18 C
Baku
Monday, October 13, 2025

Azərbaycanda iqtisadi artım 1.3 faiz olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 95,2 milyard manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Avqustda bu rəqəm 1 faiz idi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artım qeydə alınıb.

ÜDM istehsalının strukturuna baxdıqda, ən böyük pay sənaye sahəsinə məxsusdur — 34,2 faiz. Daha sonra ticarət və nəqliyyat vasitələrinin təmiri (10,5 faiz), nəqliyyat və anbar təsərrüfatı (7 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (6,8 faiz), tikinti (6,6 faiz), turizm və ictimai iaşə (2,8 faiz), informasiya və rabitə sahələri (1,8 faiz) gəlir. Qalan 20,7 faiz isə digər sahələrin payına düşür. Məhsula və idxala tətbiq edilən xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 9 300,3 manat səviyyəsində olub.

Son xəbərlər
Digər xəbərlər