ABŞ prezidenti Donald Tramp hesab edir ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər.
O, bu mövqeyini oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə liderinin böhranın həllinə kömək edə bilərmi sualına Tramp belə cavab verib:
“Ərdoğan kömək edə bilər. Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında danışa bilmərəm. Rusiya prezidenti Vladimir Putin də ona hörmət edir və o, mənim dostumdur”, – Ağ Ev rəhbəri qeyd edib.