21 C
Baku
Wednesday, October 15, 2025

Tramp oktyabrın 17-də Zelenski ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə 17 oktyabrda Ağ Evdə görüşəcəyini təsdiqləyib. O, bu barədə “Air Force One” təyyarəsində, Misirdən geri qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bundan bir gün əvvəl Volodimir Zelenski demişdi ki, 17 oktyabrda Vaşinqtona səfər edəcək və Donald Tramp ilə görüşəcək. Həmin məlumatı bundan əvvəl “Financial Times” və “Reuters” də öz mənbələrinə istinadən yayımlamışdılar.

FT yazır ki, 14 oktyabrda Vaşinqtonda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək. Görüş zamanı müdafiə, enerji və Rusiyaya qarşı sanksiyalar məsələlərinin müzakirə ediləcəyi gözlənilir. “Reuters”in mənbəsinin məlumatına görə, Donald Tramp və Volodimir Zelenski görüş çərçivəsində işgüzar nahar da edəcəklər.

Son xəbərlər
Digər xəbərlər