Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
İclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.
Ramil Həsən vəzifəsinin icrasına sabah – oktyabrın 15-dən etibarən başlayacağını bildirib.
Xatırladaq ki, bundan əvvəl tşkilatın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də qurumun Baş katibi olub.