18 C
Baku
Thursday, October 16, 2025

“Premium Bank”ın 3-cü rübdə mənfəəti azalıb

“Premium Bank” ASC 2025-ci ilin ilk 9 ayında 9 milyon 92 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 4.3% azdır. Halbuki, 2024-cü ilin 3-cü rübündə xalis mənfəət 9 milyon 505 min manat olmuşdu.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2025-ci ilin yanvar-sentyabr aylarında “Premium Bank”ın cəmi gəlirləri 39 milyon 228 min manat, cəmi xərcləri 29 milyon 437 min manat olub. 2024-cü ilin eyni aylarında isə bankın gəlirləri 36 milyon 973 min manat, xərcləri 27 milyon 548 min manat təşkil edib.

30 sentyabr 2025- ci il tarixində Premium Bank  659 milyon 615 min manat cəmi aktivlərə malik olub ki, bu da illik müqayisədə 3% artımdır. Bunun 477 milyon 536 min manatı müştərilərə verilmiş kreditlərdir. Ötən ilin sonunda bankın kredit portfeli 466 milyon 649 min manat olub.

“Premium Bank”ın istehlak kreditləri 40 milyon 673 min manatdan 52 milyon 604 min manata çatıb, biznes kreditləri 350 milyon 138 min manatdan 349 milyon 748 min manata, daşınmaz əmlak kreditləri 75 milyon 838 min manatdan 75 milyon 184 min manata düşüb.

2025-cü ilin 9 ayında ilin əvvəli ilə müqayisədə fiziki şəxsərin depozitləri 9 milyon 986 min manat artaraq 302 milyon 41 min manata çatmış, hüquqi şəxslərin depozitləri isə 9 milyon 394 min manat azalaraq 76 milyon 312 min manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər