Azərbaycan bankları 2025-ci ilin ilk üç rübündə təqribən 913.5 milyon manat xalis mənfəət əldə ediblər.
Banker.az bunu banklar tərəfindən təqdim edilən xalis mənfəət və zərər hesabatlarına istinadən xəbər verir.
Bankların ilk 5-liyi üzrə xalis mənfəət müvafiq olaraq belədir: ABB (₼261,3 mln.), “Kapital Bank” (₼229,1 mln.), “PAŞA Bank” (₼132,8), “Xalq Bank” (₼51,5 mln.) və “Bank Respublika” (₼43,2 mln.). Beləliklə ilk beşlik ümumilikdə xalis mənfəətin 79 faizini və ya 718 milyon manatına sahibdir.