15 C
Baku
Tuesday, April 30, 2024

SOCAR və “Özbəkneftqaz” birgə müəssisə yaratmağı planlaşdırır

Özbəkistanın “Daily News” jurnalının Daşkənddə keçirilən “Özbəkistanda Neft və Qaz-OGU 2016” adlı 20-ci beynəlxalq yubiley sərgisi ilə bağlı rus və ingilis dillərində dərc edilən xüsusi buraxılışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə müsahibə dərc olunub. 

Banker.az “Azərtac”a istinadən xəbər verir ki, müsahibədə SOCAR-ın uğurları haqqında məlumat verilib. Bildirilib ki, SOCAR və “Özbəkneftqaz” Milli Holdinq Şirkəti Özbəkistanın neft-qaz sahəsində elektrik enerjisinə qənaət edən texnologiyaların tətbiqi ilə bağlı birgə müəssisə yaratmağı planlaşdırır.

Qeyd edilib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycan-Özbəkistan əlaqələrində mühüm yer tutur. Belə ki, Bakı limanı Özbəkistan üçün mühüm nəqliyyat qovşağıdır. Özbəkistan Türkmənbaşı-Bakı və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi vasitəsilə dünya bazarına çıxış əldə edir. Azərbaycan isə Özbəkistan vasitəsilə Mərkəzi və Cənubi Asiya ölkələrinə çıxış əldə etmək imkanı qazanır.

Müsahibədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Trans-Adriatik, Trans-Anadolu layihələri haqqında da ətraflı məlumat verilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər