2025-ci ilin dekabrında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasının “Comex” bölməsində 3%-dən çox azalma göstərib. Bu barədə birjanın ticarət məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə 16:14-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir troy unsiyası üçün $4 226,1 təşkil edib (-3,06%). 16:30-a olan məlumata əsasən isə qızılın qiymətində azalma bir qədər zəifləyib və $4 236,5 səviyyəsində ticarət olunub (-2,82%).
Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılması nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti “Comex” birjasında bir unsiya üçün $48,67 olub (-5,28%).