17 C
Baku
Wednesday, October 22, 2025

 Tramp və Putinin Macarıstanda planlaşdırılan görüşü ləğv edilib!

Bu barədə “The Telegraph” qəzeti yazır.

Ağ Ev təsdiqləyib ki, Tramp artıq Putinlə Macarıstanda görüşməyi planlaşdırmır. Sammitin hazırlanması üzrə danışıqlar ABŞ və Rusiya xarici işlər nazirləri arasında baş tutan uğursuz telefon danışığından sonra pozulub.

Mənbələrin məlumatına görə, Lavrov Ukraynada cəbhə xəttinin “dondurulması” ideyasından imtina edib və Rusiyanın mövqeyinin Alyaska sammitindən sonra dəyişmədiyini bildirib. Ağ Ev isə söhbəti “məsuldar” adlandırsa da, əlavə şəxsi görüşün “zəruri olmadığını” vurğulayıb.
Rusiya Ukraynadan güzəştlər, o cümlədən Donetskin təhvil verilməsini tələb edir, Kiyev isə yalnız mövcud cəbhə xətti çərçivəsində sülh danışıqlarına razıdır.

Məlumata görə, Putin Trampa Donbas üzərində nəzarət müqabilində bəzi ərazi iddialarından imtina təklifi irəli sürüb, lakin Ukrayna prezidenti bunu rədd edib.

Son xəbərlər
Digər xəbərlər