17 C
Baku
Thursday, October 23, 2025

“Tesla”nın mənfəəti 37% azalıb

“Tesla” üçüncü rübün maliyyə nəticələrini açıqlayıb və xalis mənfəətin 37% azalaraq 1,4 milyard dollara düşdüyünü bildirib. Bununla belə, elektromobil istehsalçısının gəliri 28 milyard dollara çataraq rekord həddə yüksəlib — bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Şirkət həmçinin rekord sayda elektromobil satıb — təxminən yarım milyon, bu isə 2024-cü ilin üçüncü rübü ilə müqayisədə 4,7% yüksəkdir.

“Tesla”nın əməliyyat mənfəəti də 40% azalaraq 1,6 milyard dollara enib. Şirkət göstəricilərin zəifləməsini üçüncü rübdə xərclərin 50% artması ilə izah edir. Bu artım xüsusilə tədqiqat və yeni inkişaflar (o cümlədən ƏS), restrukturizasiya, eləcə də idxal rüsumlarının yüksəlməsi ilə bağlı xərclərin çoxalması nəticəsində yaranıb. Rüsumlar ilk növbədə elektromobillər üçün ehtiyat hissələrinin və xammalın idxalına təsir göstərib.

Hesabat dərc olunduqdan sonra “Nasdaq” birjasında elektron ticarət zamanı “Tesla” səhmləri 3,3% ucuzlaşıb. Bununla belə, ilin əvvəlindən bəri şirkətin səhmləri 8,7% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər