15 C
Baku
Thursday, October 23, 2025

Türkiyə Mərkəzi Bankı 2023-dən bəri ilk dəfə uçot faiz dərəcəsini 40%-dən aşağı salıb

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 100 baza bəndi (b.b.) azaldaraq 40,5%-dən 39,5%-ə endirib. Qurumun məlumatına görə, faiz dərəcəsi son dəfə 2023-cü ilin oktyabrında 40%-dən aşağı düşmüşdü — həmin vaxt göstərici 35% təşkil edirdi.

Türkiyə Mərkəzi Bankının açıqlamasına əsasən, ölkədə inflyasiya artmaqda davam edir. Bu səbəbdən qiymət sabitliyi təmin olunana qədər sərt monetar siyasətin qorunacağı bildirilib. Qeyd olunub ki, bu siyasət həmçinin dezinflasiya prosesini sürətləndirməyə imkan verəcək.

Türkiyədə istehlak inflyasiyası 2024-cü ilin mayından bəri ilk dəfə sentyabrda artım nümayiş etdirib — avqustdakı 32,95%-lə müqayisədə illik ifadədə 33,29%-ə çatıb. Aylıq inflyasiya isə avqustda 2,04% olduğu halda sentyabrda 3,23% təşkil edib.

2023-cü ilin mayında Türkiyədə əsas faiz dərəcəsi 8,5% səviyyəsində idi, lakin yüksək inflyasiya Mərkəzi Bankı 2024-cü ilin martında dərəcəni 50%-ə qədər artırmağa məcbur etmişdi. Bu göstərici 2024-cü ilin noyabrına qədər qüvvədə qalmışdı.

Son xəbərlər
Digər xəbərlər