17 C
Baku
Tuesday, October 28, 2025

Aİ Rusiyanın LNG qazının ən böyük alıcısı olaraq qalır

Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına mərhələli qadağa Aİ-nin 19-cu sanksiyalar paketinə daxil edilsə də, Avropa İttifaqı hələ də Rusiyanın LNG-nin əsas alıcısı olaraq qalır.

Bu barədə Britaniyanın “The Guardian” məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin fevralından 2025-ci ilin sentyabrına qədər Aİ idxal etdiyi LNG-nin təxminən yarısını Rusiyadan alıb. Ardınca Çin (22%) və Yaponiya (18%) gəlir. Bundan əlavə, Aİ boru kəməri qazının da əsas alıcısı olaraq qalır — bu pay təxminən 35% təşkil edir.

Aİ ölkələri arasında Macarıstan, Slovakiya, Fransa, Belçika və Niderland Rusiya qazının əsas alıcıları sayılır.

2024-cü ilin sonuna qədər Rusiyanın Aİ-yə LNG tədarükü 21% artaraq rekord səviyyə — 21,5 milyard kubmetr olub. 2025-ci ilin ilk doqquz ayında isə bu həcmlər 7% azalaraq 15 milyard kubmetrə düşüb.

“Eurostat” məlumatlarına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında Aİ-nin Rusiya qazı üzrə ümumi idxalı 8% artaraq 9,75 milyard avro təşkil edib. Bunun 4,1 milyard avrosu boru kəməri qazına, 5,7 milyard avrosu isə LNG-yə aiddir.

Son xəbərlər
Digər xəbərlər