13 C
Baku
Tuesday, November 4, 2025

Tramp: ABŞ və Çin arasında əməkdaşlıq qarşıdurmadan daha çox fayda verəcək

Vaşinqton və Pekin arasındakı münasibətlər rəqabət xarakteri daşıyır, lakin ölkələr arasında əməkdaşlıq qarşıdurmadan daha çox fayda verir. Bunu ABŞ prezidenti Donald Tramp “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.

O vurğulayıb ki, ABŞ və Çin həmişə bir-birini “diqqətlə izləyir”.

“Dünya çox rəqabətlidir, xüsusilə söhbət Çin və ABŞ-dən gedəndə. Məncə, biz bir-birimizi yaxşı anlayırıq və birlikdə işləsək, daha böyük, daha yaxşı və daha güclü ola bilərik” — deyə Tramp qeyd edib.

Donald Tramp və Si Cinpinin danışıqları ABŞ və Çin arasında ticarət müharibələri ilə bağlı bəyanatların fonunda 30 oktyabr tarixində baş tutub. Tramp görüşün “çox uğurlu keçdiyini” bildirib.

Son xəbərlər
Digər xəbərlər