13 C
Baku
Monday, November 3, 2025

“Microsoft” Avstraliyanın texnologiya nəhəngi ilə $9,7 milyardlıq müqavilə bağlayıb

“Microsoft Corp.” Avstraliyanın “IREN Ltd.” şirkəti ilə 5 illik müddətə və təxminən 9,7 milyard dollar dəyərində bulud hesablama resurslarının alınması barədə müqavilə imzalayıb.

IREN-in mətbuat relizinə əsasən, “Microsoft” “Nvidia Corp.” tərəfindən istehsal olunan GB300 sistemlərinə çıxış əldə edəcək. Bu sistemlər süni intellekt texnologiyalarını dəstəkləmək üçün hazırlanıb.

“Microsoft” bu müqavilədən sonra IREN-in ən böyük müştərisi olacaq.

İlin əvvəlindən bəri “Nasdaq” birjasında IREN səhmlərinin qiyməti altı dəfədən çox artıb. Bu, süni intellekt üçün hesablama gücünə artan tələblə əlaqələndirilir. Qeyd edək ki, şirkət əvvəllər əsasən bitkoin mayninqi ilə məşğul olub.

“Microsoft”un səhmləri bazar öncəsi ticarətdə 0,2% bahalaşıb. Şirkətin kapitalizasiyası ilin əvvəlindən bəri 23% artaraq 3,85 trilyon dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər