“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi “Ramco” QSC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xankəndi, Xocalı şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı su şəbəkə və qurğularının tikintisi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 6.889.037 manatdır.






