Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) məlumatına görə, 2025-ci ilin sentyabr ayında dünya üzrə mərkəzi banklar ümumilikdə təxminən 39 ton qızıl alıblar.
Sentyabr ayında ən aktiv alıcılar Braziliya (+15 ton), Rusiya (+3 ton), Qvatemala (+6 ton) və Qazaxıstan (+8 ton) mərkəzi bankları olub. Bundan əlavə, Türkiyə, Çin, Çexiya və Qana da öz ehtiyatlarını 1–2 ton artırıblar.
WGC-nin məlumatına əsasən, Özbəkistan sentyabr ayında qızıl satan yeganə ölkə olub — satış həcmi 4 ton təşkil edib.
Ümumilikdə, qlobal səviyyədə sentyabr ayında xalis qızıl alışı 200 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.
2025-ci ildə ən iri xalis qızıl alıcısı Polşa Milli Bankı olub — 67 ton. Digər iri alıcılar arasında Qazaxıstan Milli Bankı (40 ton) və Azərbaycan Mərkəzi Bankı (38 ton) da yer alıb.






