16 C
Baku
Thursday, November 6, 2025

“Sabunçu Bazarı”na yeni baş direktor seçiləcək

28 dekabr 2025-ci il saat 11.00-da “Sabunçu Bazarı” ASC səhmdarlarının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi 4 nömrəli ünvanda növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.
2. “Sabunçu Bazarı” ASC-nin baş direktorunun seçilməsi.
3. Digər məsələlər.

Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi 4 nömrəli ünvanda tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər