14 C
Baku
Friday, November 7, 2025

Əmanətlərin Sığortalanması Fondunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

®8 Noyabr – Zəfər Günü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) təntənəli tədbir keçirilmişdir. Zəfər Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi yerə malik olan, xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və qəhrəman Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirən qürur günüdür. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur. Bu tarixi hadisə Azərbaycan xalqının azadlıq, ədalət və milli qürur hissi uğrunda apardığı mübarizənin möhtəşəm təntənəsi olmuşdur.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Fondun İcraçı direktorunun müavini cənab Bəhruz Qayıbov tədbir iştirakçılarına müraciət edərək Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulamışdır. Cənab B.Qayıbov qeyd etmişdir ki, 8 Noyabr – Zəfər Günü xalqımızın illərlə arzuladığı ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən möhtəşəm Qələbə günüdür. O bildirmişdir ki, bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün olmuşdur.

Bəhruz Qayıbov çıxışında vurğulamışdır ki, bu qələbə yalnız hərbi deyil, həm də mənəvi-siyasi Zəfərdir. 8 Noyabr xalqımızın birlik, iradə və milli həmrəyliyinin simvolu, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Cənab Qayıbov bildirmişdir ki, bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi olmaqdan qürur duyur və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır. O, çıxışının sonunda Vətən müharibəsində iştirak etmiş Fond əməkdaşlarına və bütün qazilərimizə dərin minnətdarlığını ifadə etmiş, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını vurğulamışdır.

Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş Fond əməkdaşları öz döyüş xatirələrini bölüşmüşlər. Onlar xidmət etdikləri istiqamətlər, keçdikləri ön cəbhəxətləri barədə danışaraq, dövlətin qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının yüksək dəyərləndirildiyini bildirmişlər.

Sonda Fondun rəhbərliyi müharibə iştirakçısı olan əməkdaşları xüsusi hədiyyələrlə təltif etmiş və onların göstərdiyi şücaəti Fond kollektivi adından dərin minnətdarlıqla qeyd etmişdir.

Əmanətlərin Sığortalanması Fondu bu əlamətdar gündə bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı və uzun ömür arzulayır.

Zəfər bizimlədir!

Qarabağ Azərbaycandır!

7d7b8cd9 0dbe 4d4a bec7 3333020e9533 b1b556b0 c4b8 4cd0 890d 050ebfc1831e 1  ee45323b 33a2 468e a7dd d0dac334ff63 110324e7 e33e 490c bdee a2ab915a5bfb d082b089 560b 4bf1 a3d4 0101528d484f 05314c0f 02ad 41bf 9e8a 1810fb8cb95c

e3ad9f27 7f24 4d92 bae9 86e263bea94e

 

Son xəbərlər
Digər xəbərlər