Sülh müqaviləsinin imzalanması üçün ilk növbədə müvafiq şəraitin yaradılması lazımdır.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, müqavilənin imzalanması üçün Azərbaycanın şərtlərinin yerinə yetirilməsi əhəmiyyət kəsb edir:
“Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddiaya son qoyulmasıdır. Bu, həmçinin Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə də dolayısı yolla təsbit edilib”.
O bildirib ki, qeyd olunan şərtlərin yerinə yetirilməsindən sonra müqavilənin imzalanması məkanı barədə danışıqlar aparıla bilər.
Şərtlər yerinə yetirildikdən sonra müqavilənin imzalanma məkanından danışmaq olar







