Prezident Emmanuel Makron bildirib ki, Fransa Fələstin administrasiyasına gələcək Fələstin dövlətinin Konstitusiyasını hazırlamaqda kömək edəcək. Bunun üçün tərəflər birgə komitə yaradacaqlar. Makronun sözlərinə görə, sənədin layihəsi artıq hazırdır və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas tərəfindən təqdim olunub.
“Biz dialoq və sülh mədəniyyətinə sadiqik və demokratik, silahsız, qanunun aliliyinə, şəffaflığa, ədalətə, plüralizmə və hakimiyyətin dövri dəyişməsinə sadiq bir dövlət görmək istəyirik”, — deyə Mahmud Abbas Parisdə Emmanuel Makronla görüşdən sonra bildirib.
Sentyabr ayında Fransa İsrailin etirazlarına baxmayaraq Fələstini tanıyıb. Daha sonra Fransa və onun müttəfiqləri Fələstin Muxtariyyətinin maliyyə sabitliyini təmin etmək üçün Fövqəladə Koalisiya yaradıblar ki, milli administrasiya əraziləri idarəetmə qabiliyyətini qoruya bilsin.








