Dünyada elektromobil satışları 23% artıb

Oktyabr ayında dünyada tam elektriklə işləyən avtomobillərin və elektrik şəbəkəsinə qoşulan hibridlərin satış həcmi 1,9 milyon ədəd təşkil edib. Bu göstərici 2024-cü ilin oktyabrı ilə müqayisədə 23% çoxdur. Bu barədə analitika şirkəti “Rho Motion”a istinadən “Reuters” agentliyi  məlumat verib.

Avropada elektromobil satışları 36% artaraq 372 min ədədə çatıb. Ən çox satış Almaniya, Fransa və Böyük Britaniyada qeydə alınıb. Çində isə satışlar 1,3 milyon elektromobilə yüksəlib.

Şimali Amerikada satışlar 41% azalaraq 100 min ədəd olub, halbuki avqust və sentyabr aylarında rekord səviyyədə idi. Kəskin enişin əsas səbəbi ABŞ-də 30 sentyabrdan etibarən yeni elektromobillərə tətbiq olunan 7,5 min dollarlıq vergi güzəştinin ləğv edilməsi olub.

Avropa, ABŞ və Çin bazarları istisna olmaqla, dünyanın digər regionlarında oktyabr ayında satışlar 37% artıb və 141 mindən çox elektromobil satılıb. “Rho Motion” mütəxəssisləri ilin sonuna qədər həm Avropada, həm də Çində güclü satış artımı proqnozlaşdırırlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər