Kanada Rusiya əleyhinə əlavə sanksiyalar tətbiq edib.
Bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bəyanat verib.
Sanksiya siyahısına Rusiyaya məxsus 11 qurum və 13 şəxs daxil edilib.
Bunların arasında Rusiyanın dron proqramının inkişafında iştirak edən şəxslər də var.
Rusiyanın “kölgə donanma”sında olan yüz gəmi, bir neçə mayeləşdirilmiş təbii qaz müəssisəsi də qara siyahıya əlavə edilib.
İlk dəfə olaraq, Kanada həm də Rusiyanın hibrid hücumlarında istifadə olunan infrastrukturu təmin edən qurumlara sanksiya qoyub.
Bildirilib ki, bu addımlar G7 ölkələrinin Rusiyaya təzyiqi artırmaq cəhdlərini dəstəkləmək üçün atılıb.






