13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Beynəlxalq Bankı “Aqrarkredit”ə 5,6 mlrd. manatlıq problemli kredit ötürüb

Azərbaycan Beynəlxalq Bankının (ABB) 2016-cı il yanvarın 1-nə 5 628,923 mln. manat həcmində problemli kreditləri “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb. ABB-nin 2015-ci ilin maliyyə hesabatına istinadən xəbər verir ki, problemli kreditlərin təmizlənməsi nəticəsində ABB-nin müştəri kreditlərinin həcmi 2014-cü ilin yekunu ilə müqayisədə 2 219,408 mln. manat və ya 28,25% azalıb.

Qeyd edək ki, ABB-nin aktivləri və likvidlik vəziyyətinin monitorinqi nəticəsində Azərbaycan Prezidentinin 2015-ci il 15 iyul tarixli fərmanı ilə Bankın aktivlərinin sağlamlaşdırılması üçün problemli kreditlərin “Aqrarkredit” QSC-yə transferti həyata keçirilib.

Maliyyə Nazirliyi, AMB və “Aqrarkredit” QSC arasında 2015-ci il avqustun 11-də imzalanan baş sazişə əsasən, ABB-nin problemli kreditləri 2015-ci ildən 2017-ci ilə qədər “Aqrarkredit”ə transfert ediləcək. ABB 2015-ci il dekabrın 28-də “Aqrarkredit” QSC-dən “Zəmanət və öhdəlik” məktubu alıb. Bu məktub çərçivəsində “Aqrarkredit”in ABB-yə 5,7 mlrd. manat məbləğində öhdəliyi yaranıb.

Report

Son xəbərlər
Digər xəbərlər