Ölkənin nəqliyyat sektorunda sərnişin daşımaları 2025-ci ilin yanvar–oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5.3% artaraq 1 785 022,6 min sərnişinə çatıb.
Banker.az xəbər verir ki, statistikaya əsasən, avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1 588 746 min nəfər olub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6.2% artım deməkdir.
Bu kateqoriyanın əsas hissəsini avtobus və taksi daşımaları təşkil edir:
-
Avtobuslarla sərnişindaşıma – 1 518 809,4 min sərnişin (+6,5%)
-
Taksi ilə daşınma – 69 936,6 min sərnişin (+0,5%)
Metroda sərnişin sayı azalıb
2025-ci ilin ilk 10 ayında metro ilə daşınan sərnişinlərin sayı 184 513,6 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% azalma deməkdir (2024-cü ildə 189 223,6 min nəfər).







