14 C
Baku
Monday, November 17, 2025

Aİ Komissiyası 2026-cı il üçün qlobal ÜDM artım proqnozunu 3,1%-ə yüksəldib

Avropa Komissiyası (AK) payız hesabatında 2025-ci il üçün qlobal ÜDM artım proqnozunu 2,9%-dan 3,1%-ə qaldırıb.

AK həmçinin gözləyir ki, qlobal iqtisadi artım tempi 2026-cı ildə də 3,1% səviyyəsində qalacaq (bahar proqnozunda bu göstərici 3% olub).

Komissiyanın məlumatına görə, ABŞ-də ÜDM artımı 2024-cü ildəki 2,8%-dən 2025-ci ildə 1,8%-ə düşəcək.

Avropa İttifaqına gəldikdə, AK hərbi sahəyə görünməmiş investisiyaların planlaşdırılmasına baxmayaraq, 2025 və 2026-cı illər üçün ÜDM artımının 1,4% səviyyəsində dəyişməz qalacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər