“Comex” birjasının məlumatlarına görə, qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün $4000 həddindən aşağı enib.
Bakı vaxtı ilə 11:36-da qiymət 1,85% azalaraq bir troya unsiyası üçün $3999,1 təşkil edib. 10:41-ə olan məlumata görə, azalma yavaşıyıb və qiymət 1,54% düşmə ilə unsiya üçün $4011,6 olub.
Eyni zamanda, gümüşün 2025-ci il dekabr fyuçerslərinin dəyəri 2,46% azalaraq bir troya unsiyası üçün $49 465-ə düşüb.








