18 C
Baku
Wednesday, November 19, 2025

“Microsoft” və “Nvidia” “Anthropic”ə $15 milyard sərmayə qoyur

“Microsoft Corp.” və “Nvidia Corp.” şirkətləri süni intellekt (Sİ) sahəsində tətqiqatlar aparan “Anthropic” startapına 15 milyard dollar investisiya qoyur. Tərəflər strateji tərəfdaşlıq elan ediblər.

Bundan əlavə, startap “Microsoft Azure” bulud xidmətindən təxminən 30 milyard dollar dəyərində hesablama gücü almaq niyyətini açıqlayıb.

Şirkətlər qarşılıqlı müştərilər olacaqlar: “Microsoft” “Anthropic”in Sİ modellərindən istifadə edəcək, “Anthropic” isə “Microsoft”un infrastrukturundan yararlanacaq.

2021-ci ildə “OpenAI”nin keçmiş əməkdaşları tərəfindən təsis edilən “Anthropic” sentyabr ayında keçirilən növbəti maliyyələşdirmə raundunda 183 milyard dollar dəyərində qiymətləndirilib. Şirkət yeni hesablama güclərinin qurulmasına fəal şəkildə sərmayə yatırır — müxtəlif Amerika ştatlarında Məlumat Mərkəzləri (Data Center) yaratmaq üçün təxminən 50 milyard dollar xərcləməyi planlaşdırır. Bundan əlavə, oktyabr ayında “Anthropic” “Google” (“Alphabet Inc.”ə məxsus) ilə on milyardlarla dollar dəyərində 1 milyonadək ixtisaslaşmış Sİ çipi tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.

Son xəbərlər
Digər xəbərlər